Aprelin 12-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirib.Azərtac xəbər verir ki, Məzahir Pənahov 125 seçki dairəsi üzrə 5 min 641 məntəqənin hamısından məlumatların MSK-nın İnformasiya Mərkəzinə daxil olduğunu söyləyib. O, seçicilərin səsvermədə iştirak fəallığının 74,30 faiz olduğunu deyib.SK sədri qeyd edib ki, seçki qutularından çıxarılmış seçki bülletenlərinin sayı 3 milyon 962 min 96, etibarsız hesab edilmiş səslərin sayı 12 min 490 (0,32 faiz), etibarlı hesab edilmiş səslərin sayı isə 3 milyon 949 min 606-dır (99,68 faiz). Etibarlı hesab edilən səslər prezidentliyə namizədlər arasında aşağıdakı kimi bölünüb:
Əliyev İlham Heydər oğlu – 3 milyon 397 min 664 səs (86,03 faiz);
Əlizadə Araz Məmməd-Mübariz oğlu – 54 min 603 səs (1,38 faiz);
Hacıyev Hafiz Ələmdar oğlu – 59 min 977 səs (1,52 faiz);
Həsənquliyev Qüdrət Müzəffər oğlu – 119 min 390 səs (3,02 faiz);
Quliyev Fərəc İbrahim oğlu – 46 min 10 səs (1,17 faiz);
Məmmədov Sərdar Cəlal oğlu – 119 min 674 səs (3,03 faiz);
Nurullayev Razi Qulaməli oğlu – 29 min 282 səs (0,74 faiz);
Oruc Zahid Məhərrəm oğlu – 123 min 6 səs (3,11 faiz).
Bu, ilkin nəticələrdir. Bu gündən artıq MSK-ya dairə seçki komissiyalarının rəsmi protokolları daxil olmağa başlayıb. Bu protokollar qəbul ediləcək, sənədlər araşdırılacaq, qanunvericiliyin tələbinə uyğun olaraq səsvermənin yekun protokolu hazırlanacaq, qərar qəbul ediləcək və bütün sənədlər Konstitusiya Məhkəməsinə göndəriləcək.Məzahir Pənahov qeyd edib ki, səsvermə qanunauyğun keçirildi. Seçkiləri izləyən çoxlu sayda beynəlxalq və yerli müşahidəçi bütün bölgələrdə məntəqələrdə müşahidələr aparıb və nəticələri kütləvi informasiya vasitələrinə açıqlayıb. Bütün müşahidəçilərin seçki prosesi ilə bağlı fikirləri müsbətdir. Hətta kifayət qədər nüfuzlu beynəlxalq qurumlar seçkilərə hazırlığı və prosesin özünü nümunəvi təşkil olunmuş proses kimi qiymətləndiriblər. Müşahidəçilər, yerli və beynəlxalq KİV-lər hansısa pozuntu faktları ilə rastlaşmadıqlarını bildiriblər. Bu seçkilər Azərbaycanın həyatında tarixi bir hadisəyə çevrildi. Bu günlərdə artıq rəsmi protokolların qəbul olunması prosesi başa çatdırılacaq və Mərkəzi Seçki Komissiyası rəsmi nəticələri ictimaiyyətə açıqlayacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…