Aprelin 20-də Bakıda Azərbaycan-Türkiyə IV Beynəlxalq Bariatrik-Metabolik Cərrahiyyə Konfransı öz işinə başlayıb. Tədbir Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında keçirilir. İki gün davam edəcək konfrans Türkiyə Bariatrik Cərrahlar Dərnəyi və Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının birgə təşəbbüsü ilə baş tutub.Azərtac xəbər verir ki, tədbirdə dünyanın yeddi ölkəsindən olan 14 alimin məruzələri dinləniləcək.Konfransda çıxış edən klinikanın direktoru Surxay Hadıyev tədbirin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, hazırda cəmiyyətdə ən aktual problemlərdən biri də piylənmədir. Bu problemin ölkəmizdə yayılmasınının qarşısını almaq, o cümlədən sağlam qidalanma, piylənməyə yol açan amillərlə mübarizədə əhalinin maarifləndirilməsi baxımından bu cür tədbirlərin keçirilməsi çox vacibdir.Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının əməkdaşı Taryel Ömərov konfrans barəsində jurnalistlərə məlumat verib: “Konfrans artıq beşinci ildir ki, Azərbaycanda keçirilir. Birinci il milli konfransımız olub, bu isə keçirdiyimiz dördüncü bariatrik-metabolik konfrasdır. Tədbir təbabətin ən müasir nailiyyətlərindən biri olan metabolik cərrahiyyəyə həsr olunub. Tədbiri keçirməkdə əsas məqsədimiz dünyada aparılan əməliyyatların və tibb yeniliklərin Azərbaycanda da tətbiq edilməsinə dair ən müasir protokollarla həkim və tələbələrimizi tanış etməkdir”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…