Beyləqan rayonu ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə yerləşən Xocavənd rayonu Tuğ kənd 1 saylı tam orta məktəbində “Gömrük və gənc nəsil” mövzusunda görüş keçirilib.Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, tədbirdə gömrük əməkdaşları və məktəbin şagirdləri iştirak ediblər.Xudafərin Gömrük İdarəsinin təşkilatçılığı ilə baş tutan görüşdə Azərbaycan Gömrük Xidmətinin yaranma tarixi, ölkənin idxal-ixrac əməliyyatları, qaçaqmalçılıq və gömrük hüquqpozmaları ilə mübarizə məsələləri barədə məktəblilərə bilgi verilib. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin iqtisadi təhlükəsizliyinin qorunması və daha da möhkəmləndirilməsinin əsas istiqamətlərindən birini yüksək səviyyəli gömrük xidmətinin yaradılmasında görüb. Gömrük əməkdaşları həmçinin Azərbaycan Gömrük Xidmətinin bu gün mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla ölkədə fiskal siyasəti həyata keçirməsi, quru, hava və dəniz yollarında respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini necə qorumasından söhbət açıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…