Beynəlxalq Sərgilər Bürosunun (BSB) İcraiyyə Komitəsi mayın 4-də keçirilmiş iclasının ümumi hesabatını dərc edib. Bu hesabata Bakı şəhərinin 2025-ci ildə ümumdünya sərgisinə namizədliyi məqsədi ilə ölkəmizdə səfərdə olmuş Beynəlxalq Sərgilər Bürosunun Qiymətləndirmə Missiyasının rəyi də daxil edilib.“Bakı Ekspo 2025” Əməliyyat Katibliyindən Azərtac-a bildiriblər ki, 2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun ümumdünya sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə İşçi Qrupu Bakı şəhərinin növbəti mərhələyə keçdiyini və finala doğru irəliləməkdə olduğunu qürurla bildirir. Bu ilin noyabrında Parisdə təşkil ediləcək Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının 164-cü sessiyasında üzv dövlətlər 2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun ümumdünya sərgisinə ev sahibliyi edəcək şəhəri seçəcəklər.2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun ümumdünya sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə Qiymətləndirmə Missiyasının rəsmi hesabatında deyilir: “Ekspo sərgisinin Bakıda keçirilməsi Azərbaycanın böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməsi istiqamətində təcrübəsinin artırılmasına və bu statusun daha da möhkəmləndirilməsinə məntiqi və böyük dəstək olacaq”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…