Yekaterinburqdakı Ural Federal Universitetində (UFU) Azərbaycanşünaslıq Mərkəzi açılacaq.Bu barədə Azərtac-ın müxbirinə Azərbaycanın Yekaterinburqdakı baş konsulu İlqar İsgəndərov məlumat verib. Diplomat qeyd edib ki, mərkəzin yaradılmasının məqsədi gəncləri və universitetin qonaqlarını Azərbaycanın tarixi, mədəniyyəti, ölkəmizin müasir reallıqları ilə tanış etməkdir. Mərkəz universitetin geniş auditoriyalarından birində təşkil olunub. Burada Azərbaycan haqqında müxtəlif kitablar, əyani vəsaitlər toplanıb.İ.İsgəndərov deyib ki, yeni mərkəzdə elmi konfranslar, Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçiriləcək.Qeyd edək ki, Ural Federal Universiteti Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universiteti ilə sıx əməkdaşlıq edir. Bu ali məktəbdə 35 min tələbə təhsil alır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…