Ölkə ərazisində mayın 30-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azərtac-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-16°, gündüz 21-26° isti, Bakıda gecə 14-16°, gündüz 23-25° isti olacağı gözlənilir.Atmosfer təzyiqi 765 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz təşkil edəcək.Abşeronun şimal çimərliklərində-Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 17-18° isti olacaq.Cənub çimərliklərində isə-Türkan, Hövsan, Sahil, Şıxda mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 18-19° isti təşkil edəcək.Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, mayın 30-da Abşeron yarımadasında komfort temperatur şəraiti və meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 12-17°, gündüz 23-28° isti, dağlarda gecə 8-13°, gündüz 17-22° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Axşam hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 9-14° isti, gündüz 27-32° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 8-13° isti, gündüz 17-22° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 11-16° isti, gündüz 23-28° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 12-17° isti, gündüz 23-28° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində qısamüddətli yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 12-16° isti, gündüz 21-25° isti, dağlarda gecə 10-14° isti, gündüz 17-22° isti olacağı gözlənilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…