Bu gün Ümumdünya Qan Donoru Günüdür

14 İyun 2018 14:13

Xəbər 1064 dəfə oxunub

14 iyun – Ümumdünya Qan Donoru Günüdür (World Blood Donor Day).2005-ci ilin mayında Ümumdünya Səhiyyə Assambleyasında dünyanın müxtəlif ölkələrinin səhiyyə nazirləri könüllü qan donorluğuna dəstək məqsədilə bəyanat qəbul ediblər. Qəbul olunan bəyanata əsasən hər il iyunun 14-ü Ümumdünya Qan Donoru Günü kimi qeyd edilir. Bu tarix avstriyalı həkim-immunoloq, qan qruplarını kəşf edən, Nobel mükafatı laureatı Karl Landşteynin doğum günü şərəfinə təsis edilib.Azərtac xəbər verir ki, hər il bir şüar altında keçirilən günün builki mövzusu “Başqaları haqqında düşün. Qan ver. Həyatını paylaş”dır.Bu xüsusi gün təmənnasız donor olan insanlara həsr edilir. Günün keçirilməsində əsas məqsəd təhlükəsiz qan və qan məhsullarına olan ehtiyac haqqında cəmiyyəti maarifləndirmək, eləcə də könüllü qan donorlarına təşəkkür etməkdir. Belə ki, dünyada hər saniyə qan donorlarına ehtiyac duyulur. Qanköçürmə hər il milyonlarla insanı həyatına qaytarmağa kömək edir. Əhali sayı çox olan ölkələrdə qan donorluğuna daha çox ehtiyac var.Hər il dünyada təxminən 112 milyon donor qeydiyyatdan keçir. Onların təxminən yarısı dünya əhalisinin 15 faizini təşkil edən yüksək gəlirli ölkələrdə yaşayır. Başqa sözlə desək, 62 ölkə könüllülərin təmənnasız verdiyi qan hesabına tam qan ehtiyatlarına malikdir.Qan donorluğu altruizm, hörmət, xeyirxahlıq və başqasını hiss etmək kimi insani dəyərləri özündə birləşdirir.14 iyun tarixi ilə əlaqədar keçirilən tədbirlərdə BMT-nin 193 dövləti, Qırmızı Xaç və Qızıl Aypara təşkilatlarının 181 milli cəmiyyəti, 50 könüllü donor təşkilatı iştirak edir.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05