İyunun 21-də Dövlət İmtahan Mərkəzi (DİM) Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasındakı orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.DİM-dən Azərtac-a bildirilib ki, həmin gün ümumilikdə 64800 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə çap edib götürə bilirlər. Həmçinin onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanır.İmtahana gələn şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni, şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər. Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqələrini, əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət və icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3×4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) təqdim etməlidirlər.Doqquzuncu sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 80 imtahan binası ayrılıb. İmtahanda 37029 (Bakıda 32652, Şirvanda 882, Naxçıvan Muxtar Respublikasında 3495) doqquzuncu sinif şagirdinin iştirakı nəzərdə tutulub.On birinci sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 80 imtahan binası ayrılıb. İmtahanda 27771 (Bakıda 23978, Şirvanda 776, Naxçıvan Muxtar Respublikasında 3017) on birinci sinif şagirdinin iştirakı gözlənilir.İmtahanların idarə olunmasına ümumilikdə 241 imtahan rəhbəri, 2939 nəzarətçi-müəllim ayrılıb. İmtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları üçün təlim-seminarlar keçirilib. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə baxış keçiriləcək. Bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…