Yaponiyaya məxsus “Hayabusa-2” zondu kosmosda 3 illik səyahətdən sonra hədəfinə – Ryuqu asteroidinin 20 kilometrliyinə çatıb.Azərtac xəbər verir ki, Yaponiyanın JAXA aerokosmik agentliyinin məlumatına əsasən, zond bu müddət ərzində 3,2 milyard kilometr məsafə qət edib.Kosmik zond 2014-cü ildə fəzaya buraxılaraq Yerdən 2,8 milyard kilometr məsafədə yerləşən asteroidə doğru yola düşüb. O, diametri 900 metr olan Ryuqu asteroidinin yaxınlığında yarım il qalaraq üç dəfə torpaq nümunəsi götürməyə çalışacaq və sonra Yerə qayıdacaq. Onun ilk cəhdi payız aylarına planlaşdırılıb.Qeyd edək ki, “Hayabusa-2” zondunun sələfi “Hayabusa” 2010-cu ildə İtokava asteroidində analoji tapşırıq yerinə yetirib. Ryuqunun orbiti Yerlə Marsın orbitləri yaxınlığından keçdiyi üçün alimlər burada su və orqanik maddələrin aşkarlanacağına ümid edirlər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…