İyunun 1-də Yaponiya parlamentinin sessiyası başa çatdıqdan sonra siyasi partiyalar gələn ay qanunverici orqanın yuxarı palatasına keçiriləcək seçkilərə hazırlığı intensivləşdiriblər. Sessiyanın sonuncu günü Baş nazir Şinzo Abe bəyan edib ki, gələn il istehlak vergisinin artırılması ilə bağlı qərarı 2019-cu ilin oktyabrınadək təxirə salmaq niyyətindədir. Çünki həmin qərarın icrası ölkədə istehlakın azalmasına səbəb ola bilər. Ş.Abe bildirib ki, iyulun 10-na təyin olunmuş seçkilərdə hökumət seçicilərin ölkədə həyata keçirilən “abenomika” adlı iqtisadi siyasətə münasibətini aydınlaşdırmaq istəyir. Baş nazir deyib ki, bu seçkilər “abenomika”nı sürətləndirmək və ya bu yoldan dönmək lazım olduğunu dəqiqləşdirmək imkanı yaradacaq. Ş.Abe, həmçinin əlavə edib ki, hakim koalisiya qarşıdakı seçkilərdə parlamentdə daha çox yer qazanmağı planlaşdırır. Aparıcı müxalifət partiyası – Demokratik Partiya və onun üç tərəfdaşı birmandatlı dairələrdən vahid namizədlə çıxış etmək, ölkədə iqtisadi siyasət xəttini dəyişmək niyyətində olduqlarını bildirirlər. Seçki kampaniyasına rəsmi olaraq iyunun 22-də start veriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…