Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ilə Argentina səfirliyinin birgə layihəsi olan “Morelin ixtirası” kitabının Milli Kitabxanada təqdimat mərasimi keçirilib. Apa-nın məlumatına görə, tədbirdə Argentina, Kuba, Braziliya, Meksikanın Azərbaycandakı səfirləri, elm, təhsil və mədəniyyət xadimləri iştirak ediblər. Tədbirdə çıxış edən Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Riva ispandilli ədəbiyyatın məcrasını dəyişən Adolfo Bio Kasaresin “Morelin ixtirası” kitabının əhəmiyyətindən danışıb. Səfir bildirib ki, əsərin müəllifi Adolfo Bios Kasares 1914-cü ildə Buenos-Ayres şəhərində varlı bir ailədə anadan olub. Yazıçı axıcı, kübar və eyni zamanda sadə bir dildə, incə yumor hissi ilə yazıb-yaradıb. “Morelin ixtirası” müasir ədəbiyyatın klassik nümunəsi sayılır, boş bir adada cərəyan edən hadisələr birinci şəxsin dilindən nəql olunur. Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsud qeyd edib ki, Latın Amerikası ədəbiyyatının tərcüməsi mərkəzin tərcümə siyasətində önəmli yerlərdən birini tutur. Milli Kitabxananın rəhbəri Kərim Tahirli, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Tərcümə Mərkəzini aparat rəhbəri Yaşar Əliyev layihənin əhəmiyyətindən danışıb, kitabın tərcüməsini iki ölkə arasında mədəni əlaqələrin daha da inkişafı kimi dəyərləndiriblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…