Xalq Şairi Vaqif Səmədoğlunun “Bir gün təbəssüm olmuşdum” (“Un Jour, J’ai Ete Le Sourire”) şeirlər kitabı “Mütərcim” nəşriyyatında yüksək poliqrafik tərtibatla fransız və Azərbaycan dillərində işıq üzü görüb. AYB-nin mətbuat xidmətindən bildirilib ki, şeirlərin fransız dilinə tərcüməçisi və kitabın “Ön söz”ünün müəllifi Aliyə Məstəliyeva-Səmədova, redaktoru isə professor An Mari Polodur. Kitabın tərtibçisi şairin ömür-gün yoldaşı Nüşabə Vəkilovadır. Kitabda An Mari Polonun şairə ünvanladığı kiçik, amma gözəl məktubu da yer alıb. An Mari Polo yazır: “Aliyə Məstəliyeva-Səmədovanın tərcüməsində Sizin bir neçə şeirinizi özüm üçün kəşf etdim. Dilin sehri ilə oyanmış gözəl ovqat və xoş hisslər üçün sizə səmimi qəlbdən təşəkkür edirəm. Elə həmin an mən onları yaxın dostlarıma oxudum və hamı şeirlərə heyran oldu”. Kitab Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində nəşrə hazırlanıb. Mərkəzin sədri Səlim Babullaoğlu deyib: “Vaqif Səmədoğlu bizim müasir poeziyamızda dahi şairlərdən biridir. Onun irsinin təbliği, tərcüməsi vacibdir. Ümid edirik ki, kitabı ən azı Fransa ədəbiyyatı mütəxəssislərinə çatdıra biləcəyik. Belə nəşrlərin olması vacibdir”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…