Bakı Slavyan Universitetində (BSU) birinci turda tələbə adını qazanan abituriyentlərin qeydiyyatı yekunlaşıb. Nəticələrə əsasən, bu il BSU-nu seçən gənclərin sayı xeyli artıb. Belə ki, 2018-2019-cu tədris ili üçün universitetə 1085 tələbənin qəbulu nəzərdə tutulub. Birinci turda bakalavriat pilləsinə qəbul olunan gənclərin artıq 978-i qeydiyyatdan keçib. Bu isə plan üzrə qəbulun 90 faizindən çoxu deməkdir.Bu barədə Azərtac-a BSU-nun sənəd qəbulu üzrə komissiyanın məsul katibi, dosent Nəsib Cəbrayılov bildirib. Onun sözlərinə görə, ikinci turda universitetə qəbul olunan tələbələrin qeydiyyatı davam edir.Qeyd edək ki, BSU-nu seçən gənclərdən 72-si qəbul imtahanlarında 500-dən yuxarı bal toplayıb. Bir tələbə isə 622 bal toplayaraq bu universitetin tələbəsi adını qazanıb. Xarici dil müəllimliyi (ingilis dili üzrə), tərcümə (ingilis dili üzrə), ibtidai sinif müəllimliyi, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisaslarını seçənlər üstünlük təşkil edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…