Hindistanın cənubunda yerləşən Telinqana ştatında zəvvarları daşıyan avtobusun dərəyə yuvarlanması nəticəsində azı 32 nəfər həlak olub.“Times of India” qəzetinin yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, avtobus sentyabrın 11-də səhər saatlarında Caqtyal dairəsində qəzaya uğrayıb. İçərisində 62 zəvvar olan avtobus dağ aşırımı ilə məşhur Kondaqattu məbədinə gedirmiş. Ehtimal edilir ki, sürücü idarəetməni itirib və avtobus 4 dəfə aşaraq uçuruma düşüb.Hazırda hadisənin baş verdiyi ərazidə xilasetmə əməliyyatı aparılır. 30-a yaxın sərnişinin taleyi məlum deyil.Avtomobil yollarında sıxlıq, yol örtüyünün pis vəziyyətdə olması və sürücülərin intizamsızlığı Hindistanda ağır yol-nəqliyyat hadisələri ilə müşayiət olunur. Rəsmi məlumata əsasən, hər gün qəzalar nəticəsində ölkədə 400 nəfərə qədər, il ərzində isə təxminən 150 min insan həyatını itirir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…