Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən sentyabrda ölkənin 19 şəhər və rayonunda işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə əmək yarmarkaları təşkil edilib.Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a verilən məlumata görə, yarmarkalar Abşeron, Ağcabədi, Ağdam, Ağdaş, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Goranboy, Qobustan, Lənkəran, Salyan, Tovuz, Ucar, Yardımlı, Zaqatala və Zərdab rayonlarında keçirilib.Yarmarkalarda ümumilikdə 408 müəssisə üzrə 5104 vakant iş yeri təqdim edilib. İşaxtaran və işsiz vətəndaşlara vakant iş yerləri təqdim olunan işəgötürənlərin nümayəndələri ilə birbaşa ünsiyyət imkanı yaradılıb. Bu aktiv məşğulluq tədbirlərində işaxtaran və işsiz vətəndaşlara seçimləri üzrə və peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun vakant iş yerlərinə 1208 göndəriş verilib.Peşə və ixtisası olmadığından özünə münasib iş yeri tapa bilməyən, yaxud peşə bacarığına uyğun iş olmadığı üçün peşəsini dəyişmək istəyən 85 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmək üçün qeydiyyata alınıb. Əlli nəfər isə istəklərinə uyğun olaraq ödənişli ictimai işlərə göndərilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…