Avstriya hökuməti yaxın gələcəkdə elektrik mühərriki ilə işləyən avtomobillərlə bağlı bir sıra yeniliklər etmək niyyətindədir.Azərtac xəbər verir ki, elektrik avtomobillərinin cəlbediciliyini artırmaq istəyən koalisiyalı hökumət yeni nəqliyyat planını təqdim edib. Plana görə, gələcəkdə e-avtomobillərin nəqliyyat sistemində imtiyazlı hərəkəti üçün imkanlar yaradılmalıdır. Belə ki, şəhərdaxili nəqliyyatda yalnız ictimai nəqliyyatın hərəkəti üçün nəzərdə tutulmuş avtobus zolaqlarında bu avtomobillərin də hərəkətinə icazə verilməlidir. Eyni zamanda, e-avtomobil istifadəçiləri magistral yollarda ətraf mühitin qorunması üçün bir sıra ərazilərdə tətbiq olunan maksimal 100 km/s sürət həddinə də tabe olmaq məcburiyyətində qalmayacaqlar. Nazirlər Kabinetinin təqdim etdiyi planda, həmçinin şəhər və bələdiyyələr ərazisində e-avtomobillərin parkometr öhdəliyindən azad edilməsi və onların pulsuz parketmə hüququ əldə etməsi də təklif olunub.2019-cu ildə qüvvəyə minməli olan qaydalar avtomobil bazarında elektrik avtomobillərinin cəlbediciliyini artırmağa xidmət edir. Lakin şəhər və bələdiyyələr yeni qaydaların mühüm bir hissəsini etirazla qarşılayıblar. Vyana Şəhər Bələdiyyəsindən verilən ilkin açıqlamada avtobus zolaqlarının e-avtomobillər üçün açılmasının gələcəkdə ictimai nəqliyyatda tıxac və xaosa gətirib çıxaracağı, eyni zamanda, sui-istifadə hallarına yol açacağı bildirilib. Vyanada ictimai nəqliyyat xidmətlərini həyata keçirən “Vyana Xətləri” şirkəti isə hökumətin yeni planını tənqid edib və bu planın ictimai nəqliyyat üçün böyük münaqişə potensialı daşıdığını bildirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…