Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar bir sıra tədbirlər keçirilib.BŞTİ-dən Azərtac-a bildiriblər ki, təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Gününə həsr olunan konfrans, “dəyirmi masa”, mühazirə, şagirdlərin əl işlərindən ibarət sərgilər, bədii qiraət gecələri təşkil edilib. Həmçinin rəsm, şeir, inşa, video müsabiqələri də keçirilib.BŞTİ-nin əməkdaşlarının, yerli icra qurumlarının, ziyalıların, məktəblərin pedaqoji kollektivinin, valideyn və şagirdlərin iştirak etdikləri tədbirlərdə təhsil sahəsində aparılan islahatlardan, Prezident İlham Əliyev tərəfindən təhsilə olan diqqət və qayğıdan, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlardan danışılıb. Ölkəmizdə müəllimlərin dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğu, o cümlədən şərəfli peşə sahibi olan müəllimlərə hər zaman böyük hörmət və ehtiram göstərildiyi bildirilib.Tədbirlərdə həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin cəmiyyətimizə və gələcəyimizə verdiyi töhfələrdən də söhbət açılıb. Çıxış edən müəllimlər yaradılan geniş imkanlardan bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün yüksək təhsilli və savadlı gənclər yetişdirmək üçün əllərindən gələni edəcəklərini söyləyiblər.Həmçinin tədbirlərdə öz səmərəli fəaliyyəti ilə fərqlənən qabaqcıl müəllimlər təltif olunublar.Şagirdlər müəllimlərə həsr olunmuş şeirlərdən parçalar səsləndirib, mahnılar oxuyub, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…