İyunun 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə 2015-2016-cı tədris ilinin yaz imtahan sessiyasının monitorinqi aparılıb. Azərtac xəbər verir ki, ADPU-nun rektoru vəzifəsini icra edən, professor Malik Cəbrayılov təhsil naziri Mikayıl Cabbarovun bu il mayın 20-də “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmr imzaladığını diqqətə çatdırıb, universitetdə imtahanların təşkili barədə məlumat verib. Qeyd olunub ki, yaz semestri üzrə imtahan sessiyasının Təhsil Nazirliyinin hüquqi-normativ aktlarına uyğun şəffaf, obyektiv və müvəffəqiyyətlə keçirilməsi məqsədilə fakültə dekanları, kafedra müdirləri, eləcə də ADPU-ya qoşulmuş Azərbaycan Müəllimlər İnstitutunun və onun filiallarının müvafiq struktur bölmələri qarşısında konkret vəzifələr qoyulub. İmtahan sessiyasının gedişində yarana biləcək münaqişə və şikayətləri həll etmək üçün universitetdə tanınmış və təcrübəli pedaqoq-alimlərdən ibarət imtahan qərargahı yaradılıb. Test sualları vaxtında hazırlanaraq “İnformasiya-kommunikasiya texnologiyaları, monitorinq və qiymətləndirmə Mərkəzi”nə təqdim edilib və universitetin internet saytında yerləşdirilib. İmtahan cədvəlləri həmin mərkəz tərəfindən tərtib olunaraq təsdiqlənib. Test sualları təkmilləşdirilib, onların keyfiyyəti xeyli yaxşılaşdırılıb. Qeyd olunub ki, yazılı imtahanların yoxlanılması üçün xüsusi otaq ayrılıb. Yazılı imtahanlar başa çatdıqdan sonra yazılar şifrələnir, yoxlanılır və həmin gün qiymətlər tələbələrə elan olunur. Günün sonunda isə bütün imtahanlarının nəticələri ADPU-nun internet saytında yerləşdirilir. Müşahidəçilər universitetdə imtahanların yüksək səviyyədə təşkil olunduğunu, lazımı şəraitin yaradıldığını bildiriblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…