Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Fransaya səfəri çərçivəsində bu ölkənin Prezidenti Emmanuel Makron ilə görüşüb.Azərtac Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, prezidentlərin görüşündə iki ölkə arasında iqtisadi-ticarət, sərmayə qoyuluşu, energetika, elm və texnologiya, təhsil, turizm, səhiyyə, arxeologiya, mədəniyyət, incəsənət və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi, həmçinin regionda sabitliyin və təhlükəsizliyin qorunması məsələləri müzakirə edilib.Görüşdə Əfqanıstanda təhlükəsizliyin qorunması, sabitliyin bərpa olunması ilə bağlı da geniş fikir mübadiləsi aparılıb.Danışıqlarda Fransanın “Eyrbas”, “Vinçi”, “Orano”, “Total Eren”, “Veoloya”, “Fivs Şteyn”, “Buiq”, “Ranjis” və digər şirkətlərinin Özbəkistanda layihələr həyata keçirməsi məsələləri də diqqət mərkəzində olub.Söhbət zamanı Özbəkistanda Fransanın aparıcı universitetlərinin filiallarının açılması ilə bağlı razılıq əldə edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…