Oktyabrın 25-26-da Azərbaycan Dillər Universitetində (ADU) “Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda üçüncü beynəlxalq konfrans keçiriləcək.ADU-dan Azərtac-a bildirilib ki, konfransda “Birinci eksperimental və müqayisəli dilçilik”, “Sosiolinqvistikanın nəzəri və praktik məsələləri”, “Xarici dillərin tədrisinə müasir yanaşmalar”, “Tərcüməşünaslığın aktual problemləri”, “Mətnin linqvosemiotik problemləri” bölmələri üzrə müzakirələr aparılacaq.Konfransın işində Böyük Britaniya, Almaniya, Fransa, Çexiya, Polşa, Rusiya, Türkiyə, Gürcüstan, Finlandiya, Yaponiya, Bolqarıstan, Pakistan, Səudiyyə Ərəbistanı və digər ölkələrdən qonaqlar, eləcə də ADU-dan və respublikanın bir sıra universitetlərdən nümayəndələr iştirak edəcəklər. Konfrans iştirakçıları Durham Universitetinin professoru Maykl Bayramın mühazirəsində (skayp vasitəsilə), eləcə də Konin Dövlət Tətbiqi Elmlər Universitetinin professoru Barbara Levandovskanın ustad dərslərində iştirak etmək şansı qazanacaqlar.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…