İsveçrə dünyanın ən varlı ölkələrindən biri olsa da, burada əhalinin borclanma səviyyəsi rekord həddə çatıb. “Neue Zürcher Zeitung” qəzeti xəbər verir ki, ölkə əhalisinin 40 faizi borclanmış ailələrdə yaşayırlar. Tipik borclu şəxs 40 yaşlı, ailəsindən ayrılmış, işini itirmiş və ya xəstəliklə əlaqədar böhran vəziyyətində olan kişilərdən ibarətdir. Ailə dağıldıqdan sonra artıq iki ayrı mənzil təsərrüfatının qayğılarını çəkə, yüksək alimentləri ödəyə bilməyən şəxslər borc girdabına yuvarlanırlar.Borcun ödənilməməsinə görə İsveçrənin müvafiq icra orqanları ildən-ilə daha çox müsadirələr həyata keçirirlər. 2017-ci ildə icra məmurları məhkəmə qərarları əsasında 1,7 milyon dəfə borclu şəxslərin əmlakı üzərində müsadirə aparıblar.Ölkədə borclanma vəziyyətinə qarşı qanunvericilikdə addımlar atmaq qərarına gələn parlamentdə “Borclarını ödəmək iqtidarında olmayan insanların yenidən iqtisadi həyata dönüşü” adlı qanun layihəsi müzakirəyə çıxarılıb. Layihənin məqsədi borclanmış şəxsləri yenidən iqtisadi cəhətdən gəlirli vəziyyətə gətirmək, onların ödəmə qabiliyyətini yüksəltmək və borcların bir hissəsini ləğv etməklə iqtisadi-sosial durumlarına dövlət tərəfindən yardım göstərməkdir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…