Avstraliya hökuməti mənzil-qərargahı Adelaida şəhərində yerləşəcək Milli Kosmik Agentliyin yaradıldığını elan edib.Azərtac federal hökumətin saytına istinadla xəbər verir ki, yeni qurum üçün ilk mərhələdə 40 milyon dollardan çox vəsait ayrılacaq.Məsələyə aydınlıq gətirən Baş nazir Skott Morrison deyib: “Yeni agentlik milli biznes üçün yeni sahələr açmaqla bərabər, dünya kosmik bazarına çıxmağa imkan yaradacaq. Hökumətin ayıracağı 41 milyon dollar məbləğində investisiya ölkənin kosmik sahəsinin yaranması və inkişafı üçün yaxşı start meydançası rolunu oynayacaq və bizim hesablamalara görə, 12 milyard dollar məbləğində şəxsi investisiyaların cəlb edilməsi 2030-cu ilədək 20 min iş yerinin açılmasına səbəb olacaq”.2019-cu ilin ortalarından fəaliyyətə başlayacaq agentlik yalnız Cənubi Avstraliya ştatının paytaxtı üçün deyil, bütün region üçün inkişaf nöqtəsi olacaq. Buna həmin regionda artıq mövcud olan kosmik sənaye və müdafiə sahəsi də öz təsirini göstərəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…