Dekabrın 14-də Azərbaycan Texniki Universitetində (AzTU) Karyera sərgisi keçirilib.Azərtac xəbər verir ki, sərgidə 79 şirkət tələbə və məzunlara müxtəlif vakansiyalar üzrə ümumilikdə 267-dən çox iş yerləri təklif edib.“Karyerada ilk addım” şüarı altında keçirilən sərgidə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə SOCAR, “Bakı Metropoliteni”, “Azərişıq”, “Azercell”, “Bakcell”, “Nar”, “Azərsun” Holdinq, “Gilan” Holdinq, Sumqayıt Texnologiyalar Parkı, müxtəlif banklar, habelə digər dövlət və özəl şirkətlər tərəfindən vakant iş yerləri sərgiyə çıxarılıb.Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəis müavini Şahbaz Xələfov qeyd edib ki, əmək yarmarkasında əsas məqsəd vətəndaşların məşğulluğunun təmin olunmasıdırsa, karyera sərgisində başlıca məqsəd gənclərin əmək bazarına inteqrasiyasıdır. İndiyə qədər Bakıda keçirilən karyera sərgilərində 2 minədək gəncin CV-si qəbul edilib və onlardan 150 nəfərdən çoxu işlə təmin olunub. Bugünkü sərgiyə dəvət olunan müəssisələrin əksər hissəsi texniki sahəni əhatə edir və tədbir həmin müəssisələri gənclərə tanıtmaq, onlarla əlaqə yaratmaq məqsədi də daşıyır. Universitetdə təhsilini başa vuran gənc hara və hansı müəssisəyə üz tutmaq lazım olduğunu indidən öyrənir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…