Yaponiya dəniz özünümüdafiə qüvvələri ilk dəfə ABŞ və Böyük Britaniyanın hərbi-dəniz qüvvələri ilə birlikdə təlimlər keçirəcək.NHK telekanalı xəbər verir ki, təlimlər cari həftənin sonlarında Yaponiyanın cənubunda, Sakit okeanda təşkil ediləcək.Təlimlərdə özünümüdafiə qüvvələrinin böyük “İzumo” esminesi, Böyük Britaniyanın kral hərbi-dəniz qüvvələrinin “Argyll” gəmisi və ABŞ-a məxsus hərbi gəmi iştirak edəcək. Dekabrın 22-də başlayacaq təlimlər zamanı komandanlıq hər bir gəmi üçün konkret vəzifə müəyyənləşdirəcək və münaqişəli vəziyyətlər də daxil olmaqla, müxtəlif ssenarilər üzrə informasiya mübadiləsi prosedurları həyata keçiriləcək.Təlimlər, çox güman ki, Çinin artan dəniz fəallığı fonunda üç dövlətin müttəfiqliyini nümayiş etdirmək məqsədi daşıyır.Yaponiya hökuməti tərəfindən dekabrın 18-də bəyənilən aralıq proqrama əsasən, ölkə ikitərəfli və çoxtərəfli hərbi təlimlərdə fəal iştirak edəcək. Bu, özünümüdafiə qüvvələrinə digər ölkələrin müvafiq qurumları ilə əməkdaşlığı möhkəmləndirmək imkanı qazandıracaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…