ABŞ-ın hər iki siyasi partiyasını təmsil edən senatorlar qrupu Amerika qoşunlarının Suriyadan çıxarılması barədə qərarına yenidən baxması üçün Prezident Donald Trampa məktub ünvanlayıb.TASS informasiya agentliyi xəbər verir ki, senatorların fikrincə, ABŞ qoşunlarının Suriyadan çıxarılması Rusiya və İranın regiondakı mövqeyinin güclənməsinə səbəb ola bilər. “Rusiya və İran münaqişədən istifadə edərək regionda təsirini artırıb. Müşahidə ediləcək istənilən zəiflik onların regiondakı mövcudluğunun artması ilə nəticələnəcək. Tərəfdaş və müttəfiqlərimizin bizə etibarı isə azalacaq”, – məktubda belə yazılıb.Senatorlar, həmçinin bu addımın İŞİD qruplaşmasının yenidən fəallaşmasına, Bəşər Əsədin hakimiyyətinin möhkəmlənməsinə gətirib çıxaracağını düşünürlər.Xatırladaq ki, Donald Tramp dünən ABŞ qoşunlarının Suriyadan tamamilə çıxarılmasına dair sərəncam verib. O, Twitter səhifəsində yazıb ki, ABŞ İŞİD üzərində qələbə qazanıb və bu, Amerika hərbi kontingentinin Suriyada qalmasının yeganə məqsədi idi.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…