Dünyaya uşaq gətirmək üçün ən əlverişli ölkə Yaponiyadır. Burada 1 111 yeni doğulan körpədən cəmi biri ölür. Ən acınacaqlı vəziyyət isə hər 22 körpədən birinin tələf olduğu Pakistandadır. Azərtac xəbər verir ki, bu məlumatlar BMT Uşaq Fondunun (UNICEF) mütəxəssislərinin 2018-ci ildə apardığı tədqiqatlara dair hesabatda yer alıb.Hesabatda bildirilir ki, inkişaf etmiş ölkələrdə körpələrin həyatda qalmaq şansı digərlərindən 50 dəfə çoxdur. Afrikadakı Sahara səhrasının cənubunda yerləşən yoxsul ölkələrdə isə qadınların sağlam uşaq dünyaya gətirməsi üçün heç bir şərait yoxdur. UNICEF-in icraçı direktoru Henrietta Forenin sözlərinə görə, son 25 il ərzində uşaq ölümləri 50 faiz azalsa da, körpələrin dünyaya gəldiyi ilk bir ayda ölüm hallarını azaltmaq sahəsində elə bir uğur əldə olunmayıb. “Yoxsul ölkələrdə körpələrin həyatda qalmasını təmin etmək mümkündür, lakin biz onları ölümə tərk etməyi üstün tuturuq”, -deyə o əlavə edib.UNISEF-in hesabatında qeyd olunur ki, insanların yüksək gəlir və keyfiyyətli tibb xidmətinə malik olduqları ölkələrdə körpələrin orta ölüm göstəricisi 1000 nəfərə 3, yoxsul dövlətlərdə isə 27 uşaq təşkil edir. Sənəd müəllifləri əlavə ediblər: “Əgər 2030-cu ildə bu ölkələrdə həyat şəraiti bərabər olsa, o halda 16 milyon körpənin həyatını xilas etmək mümkündür. Uşaq ölümlərinin əsas səbəbləri isə vaxtından əvvəl doğuş, pnevmoniya və sepsis kimi infeksiyalar hesab olunur. Həkim, mama və tibb bacılarının çatışmazlığı da uşaq ölümlərinə təsir edən amildir. Məsələn, Norveçdə hər 10 min nəfərə 218 tibb personalı, Somalidə isə cəmi 1 həkim düşür”.Henrietta Fore deyib: “Hər il dünyada 2,6 milyona yaxın yeni doğulan körpə bir ayı tamam olmamış ölürlər. Onların 1 milyonu isə ilk gündə tələf olur. Biz bilirik ki, bu körpələri xilas etmək mümkündür və bunun üçün elə də bahalı tibb xidməti tələb olunmur. Körpələrin ilk addım atdığını görmək üçün biz də müvafiq addımlar atmalıyıq.”Uşaq ölümlərinin qarşısını almaq üçün UNICEF 2018-ci ildə “Hər bir körpəyə həyat bəxş edək” qlobal kampaniyası həyata keçirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…