Bir neçə gündən sonra İran BMT-nin Beynəlxalq Məhkəməsində ABŞ-a qarşı iddia irəli sürəcək. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, bütün dünya ABŞ-ın qanunları necə pozduğunun şahidi olacaq. Məsələnin mahiyyəti ondan ibarətdir ki, İran ilə Qərb ölkələri arasında nüvə proqramına dair razılaşma əldə edildikdən sonra bu ölkəyə qarşı tətbiq edilmiş iqtisadi sanksiyalar ləğv edilib. İran ABŞ banklarında qalan 2,5 milyard dollar pulunu geri istəyib. Lakin aprelin 20-də ABŞ-ın Ali Məhkəməsi qərar qəbul edib. Qərara əsasən İranın vaxtilə dondurulmuş 2,5 milyard dolları kompensasiya şəklində 1983-cü ildə Beyrutda həlak olmuş Amerika hərbçilərinin ailələrinə verilməlidir. Xatırladaq ki, 1983-cü ildə ABŞ-ın Livandakı hərbi bazasına edilən silahlı hücum nəticəsində Amerika hərbçiləri qətlə yetirilmişdi. Rəsmi Vaşinqton bu hücumun İran tərəfindən təşkil olunduğunu iddia edirdi. İran isə bu iddiaları rədd edərək sübut istəyirdi. Lakin ABŞ tutarlı sübut təqdim edə bilməyib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…