Kaliforniya ştatından ABŞ-Senatının üzvü Kamala Harris 2020-ci ildə Birləşmiş Ştatlarda keçiriləcək prezident seçkilərində iştirak edəcəyini rəsmən elan edib. Mənsub olduğu Demokratlar Partiyasının onun namizədliyini təsdiq edəcəyi təqdirdə Harris prezidentliyə ilk Afrika mənşəli amerikalı qadın namizəd olacaq.Azərtac xəbər verir ki, ABŞ senatoru qismində Harris immiqrantların hüquqlarının müdafiəsi sahəsində və Ali Məhkəmədə irqçilik zəminində diskriminasiyaya qarşı fəal mübarizə aparıb. O, ABŞ Prezidenti Donald Trampı tənqid edənlərdən biridir və hamı üçün səhiyyə xidməti, orta təbəqənin və fəhlə sinfinin vergilərinin azaldılması, korporasiya və varlılara əlavə vergilər qoyulması məsələlərini dəstəkləyir.Xatırladaq ki, Kamala Harris 2004-2011-ci illərdə əyalət prokuroru, 2011-2017-ci illərdə isə Kaliforniyanın baş prokuroru vəzifələrini tutub. O, 2016-cı ildəki qələbəsindən sonra Demokratlar Partiyasından senator seçilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…