Britaniyanın “The Sun” nəşri Birləşmiş Krallığın əhalisinə referendumda ölkənin Avropa İttifaqının tərkibindən çıxmasına səs verməyə çağırıb. Azərtac Euronews informasiya agentliyinə istinadla xəbər verir ki, qəzetin fikrincə, Böyük Britaniyaya ölkənin Aİ-yə üzv olduğu 43 il ərzində acgözlüyünü göstərən və böhran şəraitində bacarığını ortaya qoya bilməyən Brüsselin diktəsindən azad olmaq vacibdir. “Referendum – dəhşətli tarixi səhvi düzəltmək üçün britaniyalıların son şansıdır”, – deyə məqalədə vurğulanır. Xatırladaq ki, Böyük Britaniyanın Avropa İttifaqında üzvlüyünün gələcək aqibəti barədə referendum iyunun 23-də baş tutacaq. Səsvermə günü yaxınlaşdıqca, avroskeptiklərin sayı da artır. Son sorğuya əsasən, britaniyalıların 53 faizi referendumda ölkələrinin Avropa İttifaqını tərk etməsinə səs verməyə hazır olduğunu bildirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…