Avstraliyada iyulun 2-də keçiriləcək parlament seçkilərində iştirak edə bilməyən seçicilər vətəndaşlıq vəzifələrini iyunun 14-də başlayan vaxtından əvvəl səsvermədə yerinə yetirə bilərlər. Bu barədə məlumat yayan Milli Seçki Komissiyası bildirib ki, həmin məqsədlə xüsusi seçki məntəqələri bu gündən fəaliyyətə başlayıb. Milli Seçki Komissiyasının məlumatına görə, vaxtından əvvəl səs vermək üçün seçicilərin ciddi səbəbi olmalıdır. Bu sıraya iyulun 2-də vətəndaşın işdə, səfərdə və ya xəstə olması, həmçinin digər ciddi səbəblər daxildir. Üç il əvvəl keçirilmiş son parlament seçkiləri zamanı seçicilərin 27 faizi (təqribən 3,7 milyon nəfər) vaxtından əvvəl səs vermək hüququndan istifadə etmişdi. Avstraliyada seçkilərdə iştirak vətəndaşların yalnız hüququ deyil, həm də vəzifəsi hesab olunur. Səsvermədə iştirakdan imtina isə cərimə ilə cəzalandırılır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…