“Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyi “Multikulturalizmin Azərbaycan modeli: dini radikalizmə və ekstremizmə qarşı maarifləndirmə” layihəsinin icrasını davam etdirir. İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan layihənin məqsədi uşaqların və gənclərin maarifləndiriməsi, cəmiyyətin sağlam inkişafına töhfə verməkdir. Layihə çərçivəsində Bakıdakı 275 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə İctimai Birliyinin icraçı direktoru Bəxtimşah Tağıyeva şagirdlərə multikulturalizm anlayışı haqqında məlumat verib, ölkəmizin multikulturalizm modelinin əhəmiyyətini vurğulayıb. B.Tağıyeva Azərbaycan cəmiyyətində dini radikalizm və ekstremizmə qarşı mübarizədə dövlətin uğurlu fəaliyyətini qeyd edərək cəmiyyətin də bu sahədə müəyyən rol oynamalı olduğunu qeyd edib. Daha sonra məktəbin direktoru Elmira İsmayılova layihənin təhsil müəssisəsində keçirilməsinin əhəmiyyətini bir daha vurğulayıb. Sonda iştirakçılara sertifikatlar, müxtəlif xatirə hədiyyələri təqdim edilib. Layihə çərçivəsində növbəti tədbirin paytaxtdakı 71 nömrəli orta məktəbdə keçirilməsi nəzərdə tutulub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…