Böyük Britaniya hakimiyyəti Avropa İttifaqına ölkənin təşkilatdan çıxmasını iyunun 30-a qədər təxirə salmaq barədə rəsmi sorğu göndərib.Trend-in məlumatına görə, bu barədə ölkənin baş naziri Tereza Mey parlamentdə çıxış edərkən deyib.Mey bildirib: “Mən bu gün Avropa İttifaqı Şurasının sədri Donald Tuska yazmışam və Böyük Britaniyanın “Brexit”i iyunun 30-a qədər təxirə salmaq istədiyi barədə məlumatlandırmışam”.Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker, öz növbəsində deyib ki, Aİ Böyük Britaniyadan martın 29-a planlaşdırılan “Brexit”in təxirə salınması barədə sorğu alıb.Qeyd edək ki, Birləşmiş Krallığın Avropa İttifaqında gələcək üzvlük məsələsinə dair referendum 2016-cı ilin 23 iyulunda keçirilib. Referendumda “Brexit” tərəfdaşları 51,9 faiz nəticə ilə qalib gəliblər. Referendumun nəticəsinə görə Böyük Britaniya martın 29-u Avropa İttifaqından rəsmi olaraq çıxmalıdır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…