Martın 28-də hər iki partiyanı təmsil edən bir qrup konqresmen Puerto-Rikonun adada ərazi statusuna dair referendum keçirilmədən ABŞ-ın 51-ci ştatı hesab olunması barədə qanun layihəsi təqdim edib.Azərtac xəbər verir ki, ada hökuməti Puerto-Rikonun statusuna dair iki dəfə (2012-ci və 2017-ci illərdə) referendum keçirib. Hər iki halda seçicilərin əksəriyyəti bu adanın 51-ci ştat olması təklifinin lehinə səs verib. Lakin adanın statusunun dəyişdirilməsi Konqres tərəfindən bəyənilməlidir. Buna görə hesab edilib ki, həmin referendumların nəticələri məcburi qüvvəyə malik deyil.Adanın statusunun dəyişdirilməsi barədə qanun layihəsi Florida ştatından demokrat konqresmen, Puerto-rikalıların böyük icmasının yaşadığı Orlando dairəsini təmsil edən Darren Soto tərəfindən təqdim olunub. Prezident Donald Tramp daha əvvəl Puerto-Rikonun 51-ci ştat olması təklifi ilə əsla razı olmadığını bəyan edib.Puerto-Riko 1898-ci ildə İspaniya-Amerika müharibəsindən sonra ABŞ-ın tabeliyinə keçib və 1917-ci ildə Vaşinqton bu adanın sakinlərinə Amerika vətəndaşlığı verib. Lakin Puerto-rikoluların ABŞ Senatında və Konqresdə səsvermə hüququ və digər siyasi hüquqları yoxdur. Respublikaçılar Puerto-Rikonun statusunun dəyişdirilməsini dəstəkləmirlər, çünki Puerto-rikolıların əksəriyyəti ABŞ-ın Demokratlar Partiyasına rəğbət bəsləyir və Ağ Evə, eləcə də Konqresə seçkilərdə onlar respublikaçılar üçün siyasi təhlükə yarada bilər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…