Latviyanın “airBaltic” aviaşirkəti bu il 5 milyon sərnişin daşımağı planlaşdırır. Şirkətin icraçı direktoru Martin Qauss bunu Latviya Televiziyasının “Utrennyaya panorama” verilişində bildirib.LETA agentliyi bu barədə xəbər verir.“Yaxın illərdə biz inkişafımızı davam etdirəcəyik”, – deyən M.Qauss ötən il “airBaltic” tərəfindən 4,1 milyon sərnişinin daşındığını, bu göstəricinin 2017-ci illə müqayisədə 17 faiz çox olduğunu vurğulayıb.Bundan başqa, cari ildə “airBaltic” daha 6 ədəd yeni “Airbus A220” təyyarəsini almağı planlaşdırır.“airBaltic” 2018-ci ildə öz tarixində ilk dəfə olaraq 400 milyon avro məbləğində gəlir əldə edib, şirkətin xalis mənfəəti isə 2017-ci illə müqayisədə 40 faizdən çox artaraq 5,4 milyon avroya çatıb. Aviaşirkət 2018-ci ildə 4,1 milyon sərnişin daşıyıb və 56,3 min uçuş həyata keçirib. Şirkətdə 1,5 mindən çox işçi çalışıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…