Yaponiyanın “Hayabuşa-2” kosmik zondu Ryuqu asteroidində süni krater yaratmaq məqsədilə bu kosmik cismə növbəti enişə hazırlaşır. Məqsəd yerdən 340 milyon kilometr məsafədə yerləşən asteroidin daxili quruluşunu öyrənməkdir.Azərtac Yaponiya Aerokosmik Məkanın Tədqiqi Agentliyinə (JAXA) istinadla xəbər verir ki, “Hayabuşa-2” zondu martın 4-də yapon vaxtı ilə saat 13:00-dan başlayaraq 20 min metr yüksəklikdən asteroidə enişə başlayıb. Plana əsasən, martın 5-də saat 11:00 radələrində zond asteroidin səthindən 500 metr yüksəklikdə olarkən onun asteroidə “impaktor” adlı qurğu göndərəcəyi gözlənilir. Bundan 40 dəqiqə sonra “impaktor” süni krater yaratmaq və xüsusi metal obyekti saniyədə 2 kilometr sürətlə asteroidin daxilinə yerləşdirmək üçün partlayış törədəcək.JAXA Ryuqu asteroidindən nümunələr götürmək məqsədilə “Hayabuşa-2” zondunu bir daha asteroidə endirməyi planlaşdırır. JAXA-nın nümayəndələri bildiriblər ki, “Hayabuşa-2” zondunun fevralda asteroidə enərkən oradan süxur nümunələri götürməyə artıq nail olduğu güman edilir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…