Ölkənin şərqinə nəzarət edən Liviya parlamentinin sədri, Silahlı Qüvvələrin rəhbəri Aqil Saleh İsa ölkədə ümumi səfərbərlik elan edib. Apa-nın “Sky News Arabia” telekanalına istinadən verdiyi məlumata görə, Tobruk şəhərində yerləşən hökumətin rəhbərliyi ilə Silahlı Qüvvələr hazırda Benqazi və Acdabiya şəhərlərinə nəzarət edən “Əl-Qaidə” və İŞİD terror qruplaşmalarına qarşı fəal əməliyyatlar aparır. A. S. İsa Silahlı Qüvvələrin Baş Qərargah rəisi Abdel-Razaka an-Nazurinin Aralıq dənizi sahili regionunun hərbi hökumətinin rəhbəri təyin edilməsi barədə də sərəncam imzalayıb. Benqazi və Acdabiya şəhərləri də bu regiondadır. Xatırladaq ki, bu il martın 31-də baş nazir Fayez as-Saracın rəhbərliyi ilə milli razılıq hökuməti fəaliyyətə başlayıb. 2014-cü ildə seçilmiş və ölkənin şərqində hakimiyyətini qoruyan parlament hökuməti dəstəkləməyib və hökumət hələ də ölkənin bütövlüyünü bərpa edə bilməyib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…