ABŞ əleyhinə ən böyük aksiyalardan biri keçirilib

19 İyun 2016 20:45

Xəbər 1170 dəfə oxunub

Bu gün Yaponiyanın Okinava adasında ABŞ əleyhinə son 20 ildə ən böyük aksiyalardan biri keçirilib. “Reuters” agentliyinin verdiyi məlumata görə, minlərlə insanın iştirak etdiyi bu aksiya ABŞ-ın Okinava adasının digər hissəsində hərbi baza yerləşdirmək planını təhlükə altında qoyur. Sonuncu dəfə Okinava adasında belə böyük aksiya 20 il əvvəl 3 amerikalı hərbçinin 12 yaşlı yapon qızı zorlamasından sonra keçirilib. Aksiyalardan sonra ABŞ və Yaponiya Futenma hərbi bazasının Okinavada əhalinin sıx yaşadığı rayondan adanın digər hissəsinə köçürülməsi barədə razılıq əldə edib. Lakin bu plan hələ də həyata keçirilməyib. Okinavada amerikalı hərbçilər əleyhinə hər il aksiya keçirilir. Bu il isə adada amerikalı hərbçilərin iştirak etdiyi iki böyük insident yaşanıb. Bu ilin mayında Yaponiya polisi 20 yaşlı Rina Simabururo adlı yapon qızı öldürməkdə şübhəli sayılan 32 yaşlı amerikalı Kennet Franklini həbs edib. Bundan sonra sərxoş amerikalı zabitin idarə etdiyi avtomobil qəzaya yol açıb. Hazırda Okinava adasında ABŞ hərbi bazasındakı 30 min hərbçi də daxil olmaqla, 50 min amerikalı var. Bu ada 1972-ci ilə qədər ABŞ-ın işğalı altında olub, indi də adanın 20 faizi amerikalı hərbçilərin nəzarətindədir.xeber100.com

Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub

Fevralın 5-də Londonda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) biryerlik maşınlarında yürüş üzrə direktoru Nikolas Tombasisin və Formula 1-in prezidenti Stefano Domenikalinin sədrliyi ilə Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub. Xarici media xəbər verir ki, iclasda bir sıra məsələlər nəzərdən keçirilib, o cümlədən 2024-cü ildən qüvvəyə minəcək sprintli yürüş uik-endinin yeni formatı təsdiqlənib. Yeni format bu şəkildədir: cümə günü sprintdən əvvəl yeganə məşq və təsnifat. Şənbə günü sprint və yürüşdən əvvəl əsas təsnifat, bazar günü isə yürüş. Bu dəyişikliklər FIA-nın fevralın 28-də keçiriləcək Ümumdünya Şurasında rəsmi şəkildə təsdiqlənməlidir. Komissiyanın iclasında texniki və idman reqlamentlərinə də dəyişikliklər olunub. 2024-2025-ci illərdə bir pilot üçün mövsüm ərzində güc qurğularının sayının artırılaraq dördə çatdırılması təklifi bəyənilib. Eləcə də yürüş zamanı DRS-ni (Drag Reduction System – ön müqavimətin azaldılması sistemi) startdan bir dövrə vurduqdan və yaxud təhlükəsizlik avtomobili trasdan çıxdıqdan sonra restartın ardınca aktivləşdirmək mümkündür. Вundan əvvəl yalnız iki dövrədən sonra DRS-nin istifadəsinə icazə verilirdi. Bundan başqa, Formula 1 Komissiyası 2026-cı ilin reqlamentinə dair bir sıra mövzuları, xüsusən maliyyə və dayanıqlı inkişaf məsələlərini müzakirə edib. 2024-cü il üçün texniki, idman və maliyyə reqlamentlərinə də cüzi dəyişikliklər edilib.xeber100.com

Fevral 6, 2024 14:51

“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan 22 “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb. “SpaceX” kompaniyasının məlumatına görə, “Falcon 9” yanvarın 23-də ABŞ-ın Sakit Okean sahilləri vaxtı ilə saat 16:35-də Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kaliforniya ştatında yerləşən Vandenberq bazasından start götürüb. Daşıyıcı raketin artıq 16-cı dəfədir istifadə olunan birinci pilləsi Sakit okeandakı “Of Course I Still Love You” dəniz platformasına eniş edib. “SpaceX” indiyədək kosmik fəzaya ümumilikdə 5,7 mindən çox peyk buraxıb. Onların bəziləri sıradan çıxıb, 5,3 mindən çoxu isə işlək vəziyyətdədir. Kompaniyanın layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər. Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın kosmik aparat çıxarmaq niyyətindədir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.xeber100.com

Yanvar 24, 2024 11:42