“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın Fəaliyyət Planına uyğun olaraq, bu ilin yanvar-iyun aylarında ölkə üzrə 54 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulub. Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, bugünədək ATŞ-yə qoşulmuş 2.351 təhsil müəssisəsi yüksək sürətli internetlə təmin olunub, onların şəbəkə daxilində bir-biri və nazirliyin digər qurumları ilə kommunikasiyası yaradılıb. ATŞ ölkədə tədris prosesini daha səmərəli qurmağa imkan yaratmaqla yanaşı, məsafədən asılı olmayaraq, təhsildə müsbət təcrübənin yayılmasını da təmin edir. Artıq ucqar yaşayış məntəqələrindəki məktəblərin müəllim və şagirdləri də ATŞ vasitəsilə müvafiq elektron resurslardan istifadə edə bilirlər. ATŞ-də istifadə olunan “Websens” proqramının internet filtrasiya sistemi vasitəsilə məktəblilər üçün zərərli hesab edilən veb-saytlara giriş məhdudlaşdırılıb. Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında tədris ocaqlarının İKT avadanlıqları ilə təmin olunması məqsədilə ölkə üzrə təhsil müəssisələrinə 500 ədəd noutbuk və 755 ədəd proyektor verilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…