BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ümumdünya Qaçqınlar Günü münasibətilə yaydığı hesabata görə, 2015-ci ildə dünyada qaçqın, məcburi köçkün və sığınacaq axtaran insanların sayı 65,3 milyon nəfər olub. Hələ 2011-ci ildə BMT dünyadakı qaçqınların sayının 42,5 milyona çatdığını elan etmişdi. Cəmi beş il keçməsinə baxmayaraq bu kədərli rekordu daha böyük rəqəmlə yeniləmək lazım gəlib. Hesabatda bildirilir ki, planetimizdə hər 113-cü insan qaçqınlıq həyatı yaşamağa məcburdur və cəmi bir il ərzində qaçqınların sayı 12,4 milyon çoxalıb. Yeni qaçqın kütləsinin yarıdan çoxu cəmi üç ölkənin payına düşür: Suriya (4,9 milyon nəfər), Əfqanıstan (2,7 milyon nəfər) və Somali (1,1 milyon nəfər). Türkiyə artıq ikinci ildir ki, ən çox qaçqın qəbul edən ölkələr siyahısında ilk yerdə durur. Bu ölkəyə pənah gətirən qaçqınların sayı 2,5 milyondan artıqdır. Ekspertlərin rəyincə, “soyuq müharibə” dövründən qalmış və həllini gözləyən münaqişələr, eləcə də son illərdə alovlanan yeni münaqişə ocaqları və vətəndaş müharibələri qaçqınların sayının sürətlə artmasının əsas səbəbləridir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…