Bu gün BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın ballistik raket sınağı ilə əlaqədar təcili toplantı keçirib.
Dünya mətbuatı xəbər verir ki, iclasda Koreya Xalq Demokratik Respublikasının (KXDR) ballistik raket buraxılışına etiraz edilib.
Venesuelanın BMT yanındakı daimi nümayəndəsi Rafel Ramires bildirib ki, KXDR Şuranın qətnamələrini kobud şəkildə pozub.
İclasda Pxenyanı bu hərəkətlərdən çəkindirən çağırışlar səslənib.
Yaponiya, Fransa, Rusiya, Türkiyə və eləcə də digər ölkələr Şimali Koreyanın bu addımına etiraz edib.
Fransanın BMT-dəki nümayəndəsi Fransua Delatr bəyan edib ki, beynəlxalq aləm Pxenyanın bu hərəkətlərinə zəiflik nümayiş etdirməməlidir.
Fransalı diplomat deyib ki, Şimali Koreya ilə bağlı qətnamə nə qədər tez qəbul edilərsə, bir o qədər yaxşı olar.
Qeyd edək ki, Şimali Koreya bu gün yerli vaxtla saat 09.01-də (Bakı vaxtı ilə 04.31-də) ölkənin qərb sahilində yerləşən “Soxe” kosmodromundan raket buraxılışı həyata keçirib.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…