“Uğur insana bəlkə çox şey öyrətmir, amma uğursuzluq çox şey öyrədir” fikri uzun illərdir dillər əzbərinə çevrilib. Bəlkə də konkret kimin dediyi məlum deyil, ancaq Çin atalar sözü belə bir fikri irəli sürür. Bu da o deməkdir ki, uğura gedən yol elə uğursuzluqlardan keçir. Önəmli olan odur ki, geri çəkilməyəsən, “daima irəli” prinsipi ilə hərəkət edəsən. Statistikaya görə, dünyadakı zəngin insanların əksəriyyəti maraq duyduqları, sevdikləri işlərlə məşğul olanlardır. Bu baxımdan da davamlı iş qurmaq istəyənlər, mütləq maraq dirəsinə uydun olan sahələrə üstünlük verməlidirlər. Müsahibim Elçin Ağayev də məhz o fikirdədir ki, insanoğlunun sevdiyi işlə məşğul olması elə ən böyük uğur deməkdir. Beləliklə xeber100.com saytımızın bu dəfəki qonağı Tiens şirkətinin liderlərindən olan, biznesmen Elçin Ağayevdir.
– Geniş təqdimat insanoğlunun şəxsiyyətini üzə çıxardır. Elçin Ağayev özünü geniş oxucu kütləsinə necvə təqdim edərdi?
– Ümumiyyətlə insanın kimliyi onun həyat vəsiqəsidir. “Kimsən, nə işlə məşğul olursan, nələr planlaşdırısan” kimi suallar və bu suallara verilən cavablar kimliyi təqdimetmə baxımından çox önəmlidir. 2006-2010-cu illərdə bakalavr üzrə, 2011-2014-cü illərdə magistr təhsili almışam. 2010-2011-ci ildə sərhəd qoşunlarında xidmət edib, əsgəri borcumu yerinə yetirmişəm. Bu baxımdan deyə bilərəm ki, mən öz arzularımı həyata keçirmək üçün həyatın bütün sınaqlarında sınanmışam. Və özünü tapana qədər, yəni, həvəs, istəyi əsas götürərək sevdiyim işlə məşğul olmaqla, demək olar ki, özümə aid bir yol açmışam və bu yolla addımlayıram. Bir vaxtlar çalışdığım dövlət orqanında hiss etdim ki, özümü tam olaraq tapa bilmirəm, çox düşündükdən sonra qərar verdim ki, sadəcə sevdiyim işlə məşğul olmalıyam. Çünki insan özünü sevdiyi işdə tapar, gücünü tam olaraq sevdiyi işə həsr edər ki, bu da cəmiyyət içində önəmli bir yer tutmaq baxımından əsas götürülür.
– Əslində formalaşma dövrü elə kiçik yaşlarından başlayır ki, bunda da doğulduğun ailənin böyük rolu olur…
– Tamamilə haqlısınız. Xatırladım ki, müəllim ailəsində doğulmuşam. Atam müəllim, anam həkim olub. Bildiyiniz kimi müəllim ailələri övladlarını hərtəfəli yetişdirmək üçün onu ciddi bir ortamda yetişdirməyə üstünlük verir. Mən də eyni ciddi formalı təhsil sistemi keçmişəm, əlbəttə ki, müəllim övladı olduğum üçün hamıdan seçilməli, hamıya nümunə olmalıydım. Bu baxımdan istər orta, istərsə də ali təhsil illərim bu ciddiyyətdə davam edib ki, bu da cəmiyyət üçün hazırlanmamda böyük rol oynayıb. Ən önəmli məqam isə anamın tibb işçisi olması idi ki, bu da sağlam həyatın sirrini öyrənməkdə kömək edib. Bilikləri birləşdirincə, görürsən ki, bu qədər bilgi ilə çox iş görmək olar və ən yaxşısı isə özünü sevdiyin işə həsr etməkdir. Nəhayət qərarımı verdim, artıq 6 ildir ki, peşəkar şəkildə bizneslə məşğul oluram biznec təlimçiyəm. İstər Azərbaycanda, istərsə də beynəlxalq aləmdə mütəmadi olaraq bizneslə bağlı tədbirlərdə iştirak edirəm, təlimçi kimi özümü daha da inkişaf etdirməklə yanaşı, eyni zamanda öyrəndiklərimi də öz ölkəmizdə tədqiq edir, bəlkə yüzlərlə, minlərlə insanlara bu bilikləri aşılayırıq. Qeyd edim ki, 6 il ərzində Azərbaycanda biznes, biznes psixologiya, biznes düşüncə tərzi, marketinq, satış baxımından təqribən 10 min nəfər üçün təlimlər keçirilib. Bildiyiniz kimi hər təlim özü təcrübə, bilik əldə etmə xarakteri daşıyır və fərqli mövzular üzərində qurulan belə təlimlər öyrətməklə yanaşı biznesin sirlərini da açıqlayır, biznesə gedən bütün yol ayrıclarını da göstərir.
– Araşdırmalardan belə məlum olur ki, təqribən 40- 50 il öncə hər kəs təhsil aldığı peşə istiqamətində çalışıb fəaliyyət göstərib. İllər sonra dünyamız dəyişdi, hazırda çox az bir qisim sadəcə ixtisası üzrə çalışır. Sizcə bu nədən irəli gəlir?
– Bunun səbəbi çox sadədir. Çünki 40-50 il öncə SSRİ deyilən bir birliyin tərkibində idik və seçmə kimi bir şansımız yox idi. Ali təhsil alırdın və təyinatla göndərildiyin yerdə çalışmağa başlayırdın. Hər hansı bir söz haqqı, etiraz etmə və ya seçim edərək özünü tapdığın işlə məşğul olma kimi məqamlar mümkün olan iş deyildi. – Bir sözlə, heç kim öz müqəddəratını həll edə bilməzdi…
– …Ümumiyyətlə o dövrdə çox az insan tapılardı ki, peşəsi üzrə deyil, başqa sahə üzrə çalışsın və bu da heç də birmənalı qarşılanmırdı. Kütlə psixologiyası deyilən bir təsiredici məqam var ki, o da SSRİ ideologiyasında əsas götürülürdü. Axı kütlə ideologiyanın ardınca gedən və ardınca hamını aparma gücündə olan bir gücdür. Ancaq hazırda insanlarımızın ən böyük uğuru azadlıq duyğusunu hiss edərək sərbəst şəkildə seçim edə bilməsidir. Hər birimiz öz həyatımızı, müqəddaratımızı sərbəst şəkildə həll edirik. Düşünürəm ki, seçim azadlığını əldə etmək kimi böyük bir uğur ola bilməz. Azərbaycanımızın müstəqillik qazanması xalqımızın azadlıq ruhuna qovuşması bizim sadəcə xalq olaraq deyil, eyni zamanda millət olaraq ən böyük uğurumuzdur. Biz qalib ölkəyik və bu qalibiyyəti Qarabağ torpaqlarında üç rəngli bayrağımıız dalğalandırdığımız zaman daha da güclü hiss edəcəyik.
-Yeri gəlmişkən, Azərbaycan müstəqilllik əldə etdikdən sonra qısa zaman çərçivəsində böyük bir dirçəliş baş verdi, dünyanın bütün qapıları üzümüzə açıldı. Bunun yaxşı tərəfləri olduğu kimi, təəssüf ki, pis tərəfləri də oldu-hər şeydən kor-koranə istifadə etmək kimi. Sizə elə gəlmirmi ki, bu, uğursuzluq yaradan başlıca amillərdən biridir?
-Fikrinizlə şərikəm. Birdən-birə qapalı cəmiyyətdən, 70 illik əsarətdən, sanki geniş bir meydana qədəm qoyduq. O meydana ki, orda hər şey var, sadəcə doğru istifadə etmək tələb olunur. Seçim çox, ancaq hansı daha önəmli, bax ona qərar vermək çətin idi. Necə etməli ki, doğru qərar verməli. Ancaq baş verənlər təbii proses idi, yəni səhv addım atılması və sonrakı prosesdə bunun çox pis nəticə verməsi kimi məqamlar hər biri yaşanmalı idi. Çünki təcrübə əsasən səhvlər üzərində öyrənilir. Zaman keçdikcə bütün nəticələri gördük, artıq daha ehtiyatlı addım atırıq.
-Müstəqillik dövründə Azərbaycanda biznes işlərinin qurulması, əməkdaşlıq səviyyəsi daha geniş xarakter aldı. Bu nə dərəcədə qənaətbəxşdir?
-Sözün həqiqi mənasında, Azərbaycanda biznes və əməkdaşlıq səviyyəsi geniş bir yol qət etdi. Artıq öz dəst-xətti olan, düzənli bir biznes var və dünya ölkələri ilə geniş əməkdaşlıq edilir. İnkişaf etmiş Avropa ölkələri ilə əməkdaşlıqlar qurarkən görürük ki, onlarla bizi sadəcə müəyyən illər ayırır. Belə ki, bizdə yeni başlayan biznes işləri var ki, başqa ölkələrdə bu proses uzun zaman qət edərək böyük bir inkişaf əldə edib. Bu baxımdan onlarla eyni yolda, eyni inkişaf yolunu keçmək üçün zamana ehtiyacımız var və az vaxtda da çox işlər görmüşük ki, bütün bunlar da göz qabağındadaır.
-İstərdim söhbətimizi TİENS şirkəti və bu şirkətin Azərbaycandakı fəaliyyəti üzərində davam etdirək. Tiensin Azərbaycandakı 17 illik fəaliyyəti və bu illər ərzində yüzlərlə layihəyə imza atması, minlərlə insanlarımızın işsizlikdən qurtarması, rahat həyata qovuşdurması ən böyük uğurdur. Bu barədə fikirlərinizi bilmək maraqlıdır…
-Mənim Tiens-ə gəlişimin maraqlı tarixçəsi var. Yüksək təhsi sistemi, əsgəri xidmət, dövlət qulluğunda çalışmaq və bu proseslərdə də özünü axtarmaqla məşğul idim. Arzu-istəklərimi həyata keçirmək üçün, sevdiyim işlə məşğul olmaq üçün axtarışlar etdim. Axtarış zamanı Tiens şirkəti haqqında eşitdim və bir az daha geniş məlumatlar əldə etmək üçün bu şirkətin fəasliyyətini öyrənməyə başladım. Ancaq bura gəlişim o qədər də asan olmadı. Çünki dövlət qulluğunda çalışan valideynlərim, çevrəm bu addımımı müsbət qarşılamayacaqdı. Bütün bunları göz önünə almışdım, əlbəttə ki, qərarımı vermişdim. Özlüyümdə fikirləşirdim ki, 124 ölkədə fəaliyyət göstərən və böyük uğurlara imza atan bir şirkətdə heç də qeyri-ciddi mövqe tuta bilməz. İstər Azərbaycanda, istərsə də dünya ölkələrində Tiens-in fəaliyyətini araşdırdım və əmin oldum kiu, bu şirkətin məhsulları insan sağlamlığı üçün çox vacibdir, sadəcə təbii vitaminləri qəbul etməklə orqanismi gücləndirmək, xəstəliklərər qarşı davamlı olmaq, əslində bu Tiens-in şüarıdır. Bu düşüncəylə şirkətdə fəaliyyətət başladım. İlk qarşılaşma o qədər ürəkaçan olmasa da, zaman keçdikcə bütün çətinliklərin öhdəsindən gəldim və artıq bunu komanda şəklində həyata keçiririk. Əvvəllər bu şirkətdə qeyri-peşəkarlar fəaliyyət göstərməklə şirkətin adını sanki gözdən salmışdılar. Hazırda isə, əminliklə deyə bilırəm hər sahənin peşəkarları bir araya gələrək böyük bir ailə kimi insan sağlamlığına xidmət edirlər. Artıq qarşımıza məqsəd qoymuşuq-Tiens bütün dünyada necə uğurla davam edirsə, o formada da Azərbaycanda özünü tanıtmalıdır. Axı təqdimatdan çox şey asılıdır-Tiens olduğu kimi hamıya təqdim olunmalıdır və hamı şirkətin məhsullarından yararlanmalıdır. Sağlam gələcək üçün, sağlam həyata başlamalıyıq. Bu bizim işin əsas sirridir…
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…