İyulun 21-də yaponiyalı seçicilər parlamentin yuxarı palatasına seçkilərə qatılıblar. Seçki məntəqələri yerli vaxtla səhər saat 8.00-da açılıb.Azərtac xəbər verir ki, bu seçkilərdə yuxarı palataya aid olan deputat mandatlarının yarısının taleyi həll olunub. Seçkilər, həmçinin Baş Nazir Şinzo Abenin altı il yarım müddətdə hakimiyyətdə olmasına qiymət vermək üçün barometr rolunu oynayıb.Parlamentin yuxarı palatasında olan 124 deputat yeri uğrunda 370 namizəd mübarizə aparıb.Budəfəki seçkilərin gündəliyində istehlak vergisinin artırılması, dövlət pensiya sisteminin təkmilləşdirilməsi və Konstitusiyaya dəyişikliklər kimi məsələlər əsas yer tutub.NHK telekanalının operativ qrupunun proqnozlarına görə, Baş Nazir Şinzo Abenin rəhbərlik etdiyi Liberal Demokratik Partiya (LDP), həmçinin onun koalisiya tərəfdaşı olan Komey partiyası ən azı 63 deputat kürsüsünə yiyələniblər. Bu, seçkilər zamanı taleyi həll edilən ümumi yerlərin əksəriyyətini təşkil edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…