Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında həkimlər üçün pediatrik xəstələrdə və yenidoğulmuşlarda ağciyərlərin mexaniki ventilyasiyanın tətbiqinə dair təlim keçirilib.ATU-nun mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, Ankara Universitetinin professoru Ömer Erdeve azərbaycanlı həmkarları ilə davamlı olaraq əməkdaşlıq etdiklərini bildirib. O, bir ay əvvəl başladıqları təlimə yenidən tələbat yarandığını və ona görə də kursu davam etdirmək qərarına gəldiklərini söyləyib.Sonra təlim kursuna başlanılıb və türkiyəli mütəxəssislər – dosent Emel Okulu “Tənəffüz fiziologiyası”, “Qeyri-invaziv ventilyasiya”, professor Tanıl Kendirli isə “Uşaqlarda kəskin tənəffüz çatışmazlığı və müalicə” mövzusunda maraqlı məruzələrlə çıxış ediblər. İnteraktivliyi ilə seçilən təlim kursunda iştirakçıların sualları da ətraflı cavablandırılıb.Həkim-nevroloq, davamlı tibbi təhsil üzrə layihə rəhbəri Mərziyyə Məmmədova bildirib ki, ATU-nun Tədris Cərrahiyyə Klinikası, Elmi Tədqiqat Pediatriya İnstitutu, Ankara Universiteti və “Uptodate İn Medicine” şirkəti ilə birgə təşkil edilən təlim Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunub və iştirak edən həkimin hər birinə 16 kredit balı veriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…