ABŞ Səhiyyə Departamenti yanında rekombinant DNT üzrə Məşvərət Məclisi Pensilvaniya Universiteti əməkdaşlarının insanlar üzərində genetik modifikasiya təcrübələri aparmaq xahişini bəyənib. Azərtac “therussiantimes.com” saytına istinadla xəbər verir ki, təcrübələr üç məkanda keçiriləcək. Pensilvaniya Universiteti ilə yanaşı, Kaliforniya və Hyuston universitetləri də bu işə cəlb olunacaq. Alimlər CRISPR/Cas9 texnologiyasından istifadə edəcək. Onlar qarşılarına insanın immun hüceyrələrini yaxşılaşdırmaq məqsədi qoyurlar. Bu, melanoma, sarkoma, miyeloma və digər təhlükəli xərçəng xəstəlikləri ilə daha səmərəli mübarizə aparmaq imkanı yaradacaq. Eksperimentlər üçün artıq 18 könüllü seçilib. Tədqiqatlar 2 il davam edəcək. CRISPR həmçinin PD-1 geninin fəaliyyətini pozacaq. Bu gen limfositlərin fəallığını zəiflədir. Modifikasiya edilən limfositlər sonradan pasiyentin orqanizminə qaytarılır və şişə fəal həmlələr edir. İki illik tədqiqatlara cəlb ediləcək 18 könüllü xərçəng xəstəliyinin müxtəlif növlərindən (melanoma, sarkoma, miyeloma) əziyyət çəkir. Şişlər mövcud müalicə metodlarına davamlı olmalıdır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…