“Los Angeles Times” qəzetinin məlumatına görə…

29 İyun 2016 09:17

Xəbər 861 dəfə oxunub

İİV/QİÇS-in inkişafını ənənəvi antiretrovirus preparatlar komplekti olmadan – insan orqanizmindən əldə edilmiş əks-cisimlərin köməyi ilə məhv etmək mümkündür. Bunu ABŞ-ın Rokfeller Universitetindən Mişel Nussentsvayqın rəhbərliyi ilə bir qrup alimin “Nature” jurnalında dərc etdirdiyi məktub təsdiqləyir. Azərtac TASS-a istinadla xəbər verir ki, məktuba əsasən söhbət 3BNC117 kodu ilə tanınan “neytrallaşdıran əks-cisimdən” gedir. Bu, anadangəlmə İİV-i olan pasiyentlərin birinin orqanizmindən götürülüb. Bu adamlar hətta virusa yoluxanda da infeksiya inkişaf etmir və təbii yolla məhv olur. Nussentsvayqın rəhbərlik etdiyi tədqiqatçılar adi pasiyentlərdə İİV-i məhv etmək üçün bu inyeksiyadan istifadə edib. Virus daşıyanların iki qrupu ciddi nəzarət şəraitində adi dərmanların qəbulunu dayandırıblar. Bunun əvəzinə onlara iynə vurulub. Eksperimentin 13 iştirakçısının hamısında sonuncu peyvənddən sonra ən azı 5 həftə virus yükü son dərəcə aşağı səviyyədə olub. Altı nəfərdə müdafiə ən azı 9 həftə davam edib. Hətta 19 həftəlik rekord da qeydə alınıb. Xoşagəlməz əlavə təsirlər müşahidə edilməyib. “Los Angeles Times” qəzetinin məlumatına görə, Nussentsvayq İİV/QİÇS-in dərmanından söhbət açmağın hələ tez olduğunu bildirib. Alimin sözlərinə görə, “bu, çox yüksək plankadır”. Lakin o, artıq sağlam insanların yoluxmadan qorunması üçün peyvənd barədə düşünür. Primatlar üzərində bu eksperimentlər aparılıb və ümidverici nəticələr əldə edilib.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05