Mərkəzi və Şərqi Avropa, həmçinin Mərkəzi Asiya ölkələrində ən əlverişsiz vəziyyətdə yaşayan uşaqları yoxsulluq, savadsızlıq və erkən ölüm halları gözləyir. Azərtac xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNİCEF) yeni hesabatında bildirilir. İllik hesabatda dünyada uşaqlarla bağlı ciddi irəliləyişin olduğu vurğulanır. Həmçinin qeyd edilir ki, dünya ən əlverişsiz şərtlər altında yaşayan uşaqların acınacaqlı vəziyyətinə daha çox diqqət yönəltməsə, 2030-cu ilədək beş yaşından kiçik 69 milyon uşaq qarşısının alınması maksimum mümkün olan səbəblərdən dünyasını dəyişəcək, 167 milyon uşaq yoxsulluq şəraitində yaşayacaq, 750 milyon qız isə yetkinlik yaşına çatmadan ailə qurmuş olacaq. Bu regionda tərəqqi bərabər və ədalətli baş verməyib. Bunun cəfasını uşaqlar çəkirlər: onların yoxsulluq şəraitində yaşama ehtimalı yetkinlik yaşına çatmışlardan çoxdur. Bu hal hətta Avropa İttifaqının bir çox ölkələrində də mövcud olsa da, ən böyük risk altında olan region Şərqi Avropadır. Səyyar halda yaşayan və Avropada sığınacaq axtaran qaçqın və miqrant uşaqlar cəmiyyətin ən təcrid olunmuş qrupları arasındadırlar. Xüsusilə Avropa hüdudlarındakı qaraçı uşaqlar səhiyyə sahəsində ciddi qeyri-bərabərliklə üzləşirlər. 2012-ci ildən etibarən Şərqi Avropadakı bir ölkədə qaraçı uşaqların yalnız 4 faizi tam şəkildə immunlaşdırılıb. Digər uşaqlar arasında bu rəqəm 68 faiz təşkil edib. Hesabata əsasən, ümumilikdə regionda 12 milyon məktəbə getməyən uşaq, məktəbi erkən yaşda tərk etmək riski ən yüksək səviyyədə olan uşaq vardır. Təqribən 1,3 milyon uşaq dövlət uşaq müəssisələrinin himayəsindədir. Bu uşaqların yarısı onların sağlamlığına, inkişafına və perspektivlərinə xələl gətirə biləcək uşaq müəssisələrində yaşayırlar. Regiondakı bir çox ölkələr bu probemlərlə mübarizə aparmaqda və uşaqların sosial müdafiəsini gücləndirməkdədir. Bu, bir çox hallarda UNİCEF-in və tərəfdaşlarının dəstəyi ilə baş tutur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…