Cenevrədə keçirilən BMT-nin İnsan Haqları Şurasının 42-ci sessiyasının açılışında çıxış edən təşkilatın insan haqları üzrə Ali komissarı Mişel Baçelet bildirib ki, qlobal istiləşmənin nəticələri fəlakətli olacaq. O, bəşəriyyəti iqlim dəyişmələrinin ağır nəticələrindən xilas etməyə çağırıb.Azərtac BMT-nin saytına istinadla xəbər verir ki, Ali komissarın sözlərinə görə, sözügedən problem istisnasız olaraq bütün ölkələrə aiddir və sosial-iqtisadi sarsıntılar, silahlı münaqişələrin sayının artması, əhalinin köçü və hətta ölüm hallarının kəskin artması ilə müşayiət olunacaq. M.Baçelet əlavə edib ki, qlobal istiləşmənin gözlənilən trayektoriyası insan haqları üçün də fəlakətli nəticələr doğuracaq. Daha çox baş verəcək qasırğalar və dəniz səviyyəsinin artması ada dövlətlərin və sahilyanı şəhərlərin su altında qalmasına səbəb olacaq. “Meşələrimiz yanır, buzlaqlarımız əriyir. İnsanlıq sözün həqiqi mənasında öz gələcəyini “yandırır”, -deyə Baçelet vurğulayıb.Dünya Səhiyyə təşkilatı və BMT-nin Ərzaq Proqramının hesabatlarına istinad edən Baçelet bildirib ki, iqlim dəyişmələri artıq dünyanın bəzi yerlərində aclığa səbəb olub, 2030-2050-ci illərdə isə ildə 250 min insan bu səbəbdən həyatını itirə bilər. İnsanlar malyariya, diarreya, aclıq və günvurmalardan ölürlər.M.Baçelet sonda deyib: “Dünya hələ heç bir vaxt insan haqlarına və varlığına bu cür təhlükə ilə üzləşməyib. Dövlətlər bu istiqamətdə daha təsirli tədbirlər görməli, “istixana qazları”nın emissiyası azaldılmalı, bərpa olunan enerji mənbələrindən daha geniş şəkildə istifadə olunmalıdır”.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…