Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın topdansatış əczaçılıq şirkətinin məsul şəxslərinin iştirakı ilə toplantı keçirilib. Nazirliyin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, toplantıda topdansatış əczaçılıq şirkətləri tərəfindən ölkəyə idxal olunan dərman vasitələrinin saxlanma şəraiti haqqında danışılıb. Qeyd olunub ki, normativ sənədlərə görə laborator analizlər üçün 5-15 gün vaxt tələb olunur. Bu müddətdə dərman vasitələrinin lazımi avadanlığı və şəraiti olmayan anbarlara yığılaraq saxlanılması faktları aşkarlanıb. Mərkəzin rəhbərliyi belə anbarlarda dərman vasitələrinin saxlanılmasının qətiyyən yolverilməz olduğunu, belə halların dərman vasitələrinin keyfiyyətinə, təhlükəsizliyinə və effektivliyinə birbaşa təsir göstərdiyini vurğulayıb. Həmçinin bu kimi hallar aşkarlandığı təqdirdə topdansatış əczaçılıq şirkətlərinə qarşı qanunvericiliyə uyğun müvafiq tədbirlərin görüləcəyi diqqətə çatdırılıb. Sonda şirkət nümayəndələrinin sualları cavablandırılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…