Türkiyə və Rusiya hərbçiləri Suriyanın şimal-şərqində yeni sərhəd rayonunda Kobani şəhərindən bir neçə kilometr məsafədə ikinci patrula başlayıb.Rusiya KİV-ləri xəbər verir ki, ilk dəfə olaraq birgə patrul yeni marşrut üzrə həyata keçirilir. Patrulda Rusiya hərbi polisinin “Tiqr” və Türkiyə sərhəd xidmətinin “Kirpi” zirehli avtomobilləri iştirak edir. Sərhəd boyunca 160 kilometrlik marşruta hər iki tərəfdən ümumilikdə səkkiz ədəd hərbi texnika və 50-yə yaxın hərbçi cəlb olunub. Patrulun hərəkətini “Orlan-10” pilotsuz uçan aparat izləyir.Bu, Türkiyə-Suriya sərhəd xətti boyunca həyata keçirilən ikinci birgə patruldur.Xatırladaq ki, birgə patrul oktyabrın 22-də Ankara və Moskva arasında imzalanmış memoranduma əsasən keçirilir. Sənəddə, həmçinin Türkiyənin başladığı “Sülh çeşməsi” əməliyyatı xaricindəki zonada Suriyanın hökumət qüvvələri və Rusiya hərbi polisinin 150 saat ərzində terrorçuların sərhəddən 30 kilometr dərinliyə çəkilməsinə yardım etməsi nəzərdə tutulur.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, əldə olunmuş razılaşmaya baxmayaraq, təhlükəsizlik zonasında terrorçular hələ də qalmaqdadır. “Onlar oradan hələ tam çıxarılmayıblar, bizim hərbçilərə hücumlar edilir. Biz axırıncı terrorçu oradan çıxanadək mübarizəni davam edəcəyik”, – Türkiyə Prezidenti bu gün hakim partiyanın parlament fraksiyası qarşısında çıxışı zamanı belə deyib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…