Gürcüstanın Acarıstan Muxtar Respublikasının Batumi şəhərində 13-cü beynəlxalq müdafiə və təhlükəsizlik konfransı keçirilir.Azərtac xəbər verir ki, konfransda bölgədə, o cümlədən Qara dəniz regionunda təhlükəsizlik, regional inkişaf məsələləri, eləcə də Gürcüstanın NATO-ya və Avropa İttifaqına inteqrasiya sahəsində əldə etdiyi uğurlar, ölkənin bu təşkilatlara üzvlüyünün perspektivləri, hibrid müharibə təhlükələri və s. məsələlər müzakirə olunur.Konfransda çıxış edən Gürcüstan Prezidenti Salome Zurabişvili ölkəsində həyata keçirilən islahatlar, mövcud problemlər və digər məsələlər barədə məlumat verib.Sonra parlamentin sədri Arçil Talakvadze Gürcüstan qanunvericiliyi, ölkənin NATO-ya və Avropa İttifaqına inteqrasiyasının hüquqi əsaslarından danışıb.Digər çıxış edənlər dünyada və regionda gedən proseslərdən söz açıb, qloballaşan dünyada təhlükəsizliyin təmin olunmasında irimiqyaslı enerji, nəqliyyat və logistika layihələrinin rolu barədə fikirlərini bölüşüblər.Azərbaycanı bu tədbirdə ölkəmizin Gürcüstandakı səfirliyinin hərbi attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov və səfirliyin birinci katibi Sərxan İsmayılov təmsil edirlər.Polkovnik-leytenant Fuad İbrahimov konfransda iştirak edən həmkarları ilə keçirdiyi görüşlərdə Azərbaycanın regional və beynəlxalq təhlükəsizliyə önəm verdiyini diqqətə çatdırıb. O, Azərbaycanın təhlükəsizliyin təmin olunması üçün beynəlxalq təşkilatlarla əməkdaşlıqda maraqlı olduğunu bildirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…